Bu gün Bolnisi rayon Məhkəməsində Rövşən İsgəndərov və onun əmisi oğlu Etibar İsgəndərovun məhkəməsi keçirilib.
Diaspora.TV Gürcüstan mediasına istinadla xəbər verir ki, məhkəmənin qərarı ilə onlar həbsdə saxlanılıblar.
İş üzrə növbəti məhkəmə prosesi dekabrın 30-na təyin olunub.
Xatırladaq ki, parlament seçkiləri günü Marneuli Bələdiyyə Məclisinin sədr müavini Rövşən İskəndərovun Sadaxlı kəndindəki 69 saylı seçki məntəqəsində seçki qutusuna çox sayda bülleten atdığını əks etdirən video görüntülər sosial şəbəkələrdə yayılıb.