Tarix: 31.10.2024 / 09:34
Seçki qutusuna topa bülleten atan    azərbaycanlı həbs edilməyib

Seçki qutusuna topa bülleten atan azərbaycanlı həbs edilməyib

"Marneulidə seçki günü qutuya bülleten atan Rövşən İsgəndərov həbs olunmayıb".

Diaspora.TV Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə “Birlik – Milli Hərəkat”ın namizədi Ceyhun Məhəmmədəli açıqlama verib.

Onun sözlərinə görə, oktyabrın 26-da “Gürcü arzusu” Gürcüstan əhalisinə qarşı xüsusi əməliyyat keçirib və onlar öz fəalını cəzalandırmağı planlaşdırmırlar:

"Oktyabrın 26-da Marneuli rayonu Sadaxlı kəndindəki 69 saylı seçki məntəqəsində Rövşən İsgəndərov seçki qutusuna bülletenləri necə atdığını bilirsiniz və gördünüz. Bundan bir neçə saat sonra MSK bu şəxsin cəzalandırılacağı ilə bağlı bəyanat yayıb. Bu elandan sonra Rövşən İsgəndərov məntəqəni tərk edib. İki gün sonra Gürcüstan parlamentinin sədri əhaliyə məlumat verib ki, Rövşən İsgəndərov həbs edilib və istintaq başlayıb. Biz isə Rövşən İskəndərovun hələ də sərbəst gəzdiyini eşidirik. Yerli medialar həbs faktını yoxlamaq üçün Daxili İşlər Nazirliyinə zəng edib. Nazirlik həbs faktını nə təsdiq, nə də təkzib edib. Təəccüblü deyil ki, bu şəxs cəzalandırılmayıb və cəzalandırılmayacaq. Çünki oktyabrın 26-da “Gürcü arzusu” Gürcüstan əhalisinə qarşı xüsusi əməliyyat keçirib və onlar öz “Gürcü arzusu”nu cəzalandırmaq fikrində deyillər. Biz buna bənzər faktların araşdırılmasını tələb edirik. Kütləvi saxtakarlıqda iştirak edən şəxslər müəyyən olunmalı və cəzalandırlmalıdır”.


Şərhlər

Yaz...