Dekabrın 20-də Rusiyanın Kimrı şəhərində dövlət yol müfəttişləri azərbaycanlının idarə etdiyi “QAZ-2752” markalı avtomobili saxlayıblar. Polis azərbaycanlının avtomobilindən 1731 litr spirt və 990 qutu siqareti müsadirə edib.
Diaspora.TV xəbər verir ki, hüquq-mühafizə orqanlarının məlumatına görə, azərbaycanlı saxta mal satmağı planlaşdırırmış.
Faktla bağlı araşdırılma aparılır.