Tarix: 28.11.2024 / 10:40
Saxta içki hazırlayan    azərbaycanlılar saxlanıldı

Saxta içki hazırlayan azərbaycanlılar saxlanıldı

Simferopolda saxta içki hazırlayan 3 azərbaycanlı istintaqa cəlb edilib.

Diaspora.TV xəbər verir ki, azərbaycanlılar təhlükəsizlik tələblərinə cavab verməyən spirtli içkilərin hazırlanmasında, saxlanmasında və satışında şübhəli bilinirlər.

Cinayətkar üçlük 2024-cü ilin yazından internet vasitəsilə tərkibində spirt olan maye alıblar. Daha sonra Dmitri Ulyanov küçəsindəki qarajda ona ətirli maddələr əlavə ediblər. Bundan sonra surroqat beş litrlik plastik butulkalara tökülərək sosial şəbəkələr vasitəsilə satılıb.

Hazırda istintaq gedir, azərbaycanlıları 6 ilə qədər həbs gözləyir.



Şərhlər

Yaz...