Tarix: 02.08.2024 / 22:00
Saxlanılanların azərbaycanlı olduqları  niyə xüsusi vurğulanır?

Saxlanılanların azərbaycanlı olduqları niyə xüsusi vurğulanır?

Altayda Azərbaycan Respublikası vətəndaşı və Dağlıq-Altay Muxtar Vilayəti sakini olan daha bir şəxsin narkotika aludəçilərinə qadağan olunmuş maddələrdən istifadə etmək üçün mənzil kirayəyə verdiyi iddia olunur.

Diaspora.TV Rusiya mediasına istinadən xəbər verir ki, həmin mənzildən həm də narkotik anbarı kimi istifadə edilib. İddiaya görə, onlar hətta narkomanlara sintetik narkotiklərdən istifadə etmək üçün “cihazlar” da veriblər.

Təqsirləndirilən şəxslər hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb. Həmin şəxslərin günahları sübut olunmasa da Rusiya mediası artıq onları günahkar elan edib və təqsirləndirilən şəxslərdən birinin azərbaycanlı olduğunu xüsusi vurğulayıb. Digər şəxsin etnik mənsubiyyəti barədə isə məlumat verilməyib.

Bu, əlbəttə təəssüf doğurur. Bu həm də Rusiya isitintaq orqanları və meidasında şovinist təzahürlərin bariz göstərcisidir.

Şərhlər

Yaz...