Tarix: 30.10.2024 / 16:22
Azərbaycan xalqını təhqir etməyə heç kəsin ixtiyarı yoxdur!    - Nərgiz Əliyeva

Azərbaycan xalqını təhqir etməyə heç kəsin ixtiyarı yoxdur! - Nərgiz Əliyeva

"Satqının milləti, bölgəsi yoxdur, bu cür faktlar isə hər bir bölgədə olub".

Diaspora.TV xəbər verir ki, bu barədə Gürcüstanın Vahid Milli Hərəkat partiyasının üzvü, azərbaycanlı ictimai fəal Nərgiz Əliyeva sosial media hesabında paylaşım edib.

"Əziz dostlar, seçki prosesində Gürcüstanın hər bölgəsində baş verən saxtakarlığı hamımız bilirik. Bizim gördüyümüz faizlər uydurulmuş və saxtalaşmış rəqəmlərdən ibarətdir. Bunu təsdiq edən bir çox faktlar və sübutlar mövcuddur. Əlbəttə, bəzi insanların pul müqabilində, hədə-qorxu, şantajla onlara səs vermə halları da danılmazdır. Lakin, buradan bəyan etmək istəyirəm ki, bu saxta faizlər içində ən “yüksək” “nəticə” tək Kvemo Kartli deyil. Xahiş edirəm, xalqımızı tənqid edərkən bu siyahıda Qazbeki (71,8%), Aspinza (71,3%), Axalkalaki (88,9%), Ninotsminda (89,7%), Lentexi (74,5%), Saçxere (84,3%) olan bölgələrə də nəzər yetirin, bu bölgələrdə azərbaycanlılar demək olarkı yaşamır. Yəni ilk öncə bizim hər birimiz bilirik ki, bu rəqəmlər uydurulmuş rəqəmlərdir, ikincisi satqının milləti, bölgəsi yoxdur, bu cür faktlar isə hər bir bölgədə olub. Azərbaycan xalqını təhqir etməyə isə heç kəsin ixtiyarı yoxdur! Bizim bölgədə muxalifətə yetərli qədər səs verən vətəndaşlar oldu, illərdir muxalifət cəbhəsində və müxtəlif platformalarda hakimiyyətin apardığı çirkli siyasətinə qarşı çıxanlar, meydanlarda, aksiyalarda haqq səsini ucaldanlar var. Hər bölgənin, hər xalqın yaxşısı da var, üz qarası da var! Bu mübarizə isə Gürcüstanın mübarizəsidir, biz birlikdə mütləq qalib gələcəyik! Biz azərbaycanlılar hər vaxt bu ölkənin inkişafı üçün əlimizdən gələni etmişik edəcəyik də!",- deyə Nərgiz Əliyeva bildirib.




Şərhlər

Yaz...