Polis Sankt-Peterburqda qanunsuz miqrantlara qarşı növbəti reyd zamanı 2 mindən çox insanı yoxlayıb.
Diaspora.TV rus mediasına istinadla xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin regional qərargahının mətbuat xidməti məlumat yayıb.
“Sofiyskaya küçəsində, Nepokorennı prospektində və Petro-Slavyankada polis yarıdan çoxu miqrant olmaqla 2075 vətəndaşı yoxlayıb. Bundan başqa, reyddə iştirak edən Dövlət Yol Müfəttişliyinin əməkdaşları tərəfindən də 139 qayda pozuntusu müəyyən edilib. Sürücülər barəsində protokol tərtib edilib”, - deyə məlumatda qeyd olunur.
Yoxlama tədbirinə ümumilikdə müxtəlif polis bölmələrindən 250-yə yaxın əməkdaş cəlb olunub.