Tarix: 13 Avqust 2024 11:05 | Baxış sayı: 187
Sankt-Peterburqda olan diaspor təşkilatları...  - Niyazi Niyazov

Sankt-Peterburqda olan diaspor təşkilatları... - Niyazi Niyazov

“Azərbaycan həqiqətlərini Rusiyada əsasən iki yolla çatdırıram: elm sahəsində və Rusiya KİV-lərində analitik yazılarla çıxış etməklə”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Sankt-Peterburq Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsində çalışan soydaşımız, tarix elmləri doktoru Niyazi Niyazov deyib.

N.Niyazovun sözlərinə görə, Azərbaycanın tanıdılması istiqamətində açıqlamalarını Azərbaycanın rus dilli “CBC” kanalı da yayımlayır:

“Bacardığım qədər Azərbaycan həqiqətlərini hər kəsə bildirirəm. Sankt-Peterburq Dövlət Universitetinin həm kafedra müdiri, həm də magistr proqramının rəhbəriyəm. Müəllim kimi dərs saatlarım çoxdur. Onlardan da biri Cənubi Qafqaza aiddir. Cənubi Qafqaz ölkələrinin daxili və xarici siyasəti barədə tələbələrə məlumat verirəm. Xüsusən də Azərbaycan haqqında...”.

N.Niyazov qeyd edib ki, Sankt-Peterburqda olan diaspor təşkilatları və Azərbaycanın Baş konsulluğunun təşkil etdiyi müxtəlif tədbirlərdə yaxından iştirak edir:

“Burada yaşayan gənc soydaşlarımıza müxtəlif tövsiyələr verirəm. Onlara əsas məsləhətim odur ki, hər zaman öz biliklərini artırmaqla məşğul olsunlar. Azərbaycan birdir, bütövdür. Bizlər də ölkəmizi Rusiyada layiqincə tanıtmalıyıq ki, Azərbaycan barədə xoş sözləri eşidilsin”.

Xəyalə Zöhrab
Diaspora.TV

Şərhlər

Yaz...

Sünik koridoru İranı cəhənnəmə    aparır
Video Qalereya, Cənub vaxtı

Sünik koridoru İranı cəhənnəmə aparır