Tarix: 16.08.2024 / 17:50
Sankt- Peterburqda azərbaycanlılar bir-birini   güllələdi

Sankt- Peterburqda azərbaycanlılar bir-birini güllələdi

Avqustun 13-də günorta saatlarında Sankt-Peterburqun Oktyabr sahilindəki kanatlı körpünün altında iki miqrant arasında ciddi qalmaqal yaşanıb. Onlardan biri cibindən tapança çıxarıb və rəqibinə atəş açaraq qaçıb.

Diaspora.TV xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Hadisə şahidləri polisə zəng edərək məlumat veriblər.

43 yaşlı zərərçəkənin Azərbaycan vətəndaşı olduğu üzə çıxıb. Ona omba nahiyyəsindən zədə diaqnozu qoyulub. Az sonra isə həmyerlimiz kəskin qan itkisindən ölüb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açıblar.

İdarədən bildirilib ki, avqustun 15-də mərhumun 40 yaşlı həmyerlisi Kosıgina prospektindəki evlərin birinin yaxınlığında cinayət törətməkdə şübhəli bilinərək saxlanılıb.

İstintaq davam edir.

Şərhlər

Yaz...