Türkiyənin Samsun şəhərində azərbaycanlının güllələnməsi barədə xəbər yayılıb.
Diaspora.TV Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə gecə saatlarında Samsunun Atakum səmtinin Dənizevləri Məhəlləsindəki barın qarşısında baş verib.
Məlumata görə, azərbaycanlı A.P. (20 yaş) və sərxoş halda bara girmək istədiyi iddia edilən Y.M. (29 yaş) arasında mübahisə yaranıb. Mübahisə zamanı Y.M. tapançadan atəş açıb və azərbaycanlını ayağından yaralayıb, onu xəstəxanaya yerləşdiriblər.
Polis cinayət törədən Y.M-i saxlayıb. İş Samsun məhkəməsinə göndərilib.