Tarix: 25.07.2024 / 14:01
Samarada azərbaycanlıların adı  davada hallanır

Samarada azərbaycanlıların adı davada hallanır

Samara vilayətində Dövlət Dumasının deputatı Mixail Matveyevin ardınca daha iki rus davanı dağıtmağa cəhd edərkən miqrantlar tərəfindən döyülüb.

Diaspora.TV xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin (İK) Regional İdarəsi məlumat yayıb.

Hadisə rayonun Borskoye kəndində baş verib. Departamentin məlumatına görə, yerli sakinlər dava edən gəlmələri ayırmaqdan istəyərkən azərbaycanlıların hücumuna məruz qalıblar. Nəticədə zərərçəkənlər çoxsaylı xəsarətlərlə xəstəxanaya çatdırılıblar.

Hadisə ilə bağlı cinayət işi açılıb, məlumatlar birbaşa İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinə göndərilib.

Bundan əvvəl Samarada miqrantlar deputat Matveyev davanı dayandırmaq üçün maşından düşən zaman ona hücum etmişdilər.

İslamofob kimi tanınan deputat hadisədən əvvəl məscid tikintisinə qarşı çıxış etmişdi.


Şərhlər

Yaz...