Tarix: 05.11.2024 / 10:20
 Sahibkarlardan hədə-qorxu ilə pul tələb edən    azərbaycanlılar həbs edildi

Sahibkarlardan hədə-qorxu ilə pul tələb edən azərbaycanlılar həbs edildi

Azərbaycanlılardan ibarət dəstə 4, 7, 8, 9, 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Onlar cəzalarını ciddi rejimli həbsxanada çəkəcəklər.

Diaspora.TV xəbər verir ki, bu qərarı Yalutorovski Rayon Məhkəməsi çıxarıb.

Həbs olunan 5 azərbaycanlı Rusiyanın iş adamlarından küllü miqdarda pul tələb ediblər.

İddia edilir ki, 2022-ci ilin noyabrında azərbaycanlılar iki sahibkarı Yalutorovski rayonundakı kəndlərdən birinin yaxınlığında yerləşən emalatxanada işgüzar görüşə dəvət ediblər. Danışıqlar baş tutmayıb, dəstə iş adamlarından pul tələb edib. Əvvəlcə tələb etdikləri ümumi məbləğ 3 milyon rubl olub, sonradan 1 milyon rublla kifayətləniblər.

Azərbaycanlılar sahibkarları qorxutmaq üçün odlu silahdan da istifadə ediblər: bir neçə dəfə atəş açıblar. Bundan sonra onları döyüb, ayaqlarından emalatxanadakı krandan asıblar. İş adamlarının hər biri 500 min rubl ödədikdən sonra onları sağ buraxıblar.

Şərhlər

Yaz...