Tarix: 24.12.2024 / 18:42
Sahibə Qafarova Ukrayna səfiri ilə    görüşdü

Sahibə Qafarova Ukrayna səfiri ilə görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova bu gün Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusevlə görüşüb.

Diaspora.TV-nin məlumatına görə, görüşdə Azərbaycan və Ukrayna əlaqələrinə dair fikir mübadiləsi aparılıb. Ölkələrimizin etibarlı tərəfdaş olduqları, münasibətlərin möhkəm təməllərə əsaslandığı diqqətə çatdırılıb. Ölkələrimizin ərazi bütövlüyü və suverenliyi məsələlərində bir-birinə qarşılıqlı dəstək göstərdikləri vurğulanıb.

Söhbət zamanı humanitar sahədə əməkdaşlığın da vacibliyi vurğulanıb. Azərbaycan və Ukrayna xalqlarını bir çox ortaq dəyərlərin birləşdirdiyi və bu dəyərlərin xalqlarımızı daha da yaxınlaşdırdığı diqqətə çatdırılıb.

Səfir Yuri Qusev Prezident İlham Əliyevin doğum günü münasibətilə təbriklərini çatdıraraq, ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycanın dövlət başçısının müstəsna rolunu qeyd edib.

Diplomat həmçinin parlament seçkilərinin uğurla keçirilməsi və yenidən Milli Məclisin sədri seçilməsi münasibətilə Sahibə Qafarovanı təbrik edib. Diqqətə çatdırılıb ki, seçkiləri Ukrayna parlamentinin müşahidəçiləri də izləyiblər.

Söhbət zamanı Azərbaycanın evsahibliyi ilə keçirilən COP29-un yüksək səviyyədə təşkili ilə bağlı da fikirlər səsləndirilib.

Görüşdə parlamentlərimiz arasında da mövcud münasibətlərin səviyyəsindən məmnunluq bildirilərək, bu münasibətlərin daha da inkişafına dair müzakirələr aparılıb.


Şərhlər

Yaz...