Tarix: 28.06.2024 / 22:43
Şahçılar Sulduza görə Pezeşkianı   hədəf aldı

Şahçılar Sulduza görə Pezeşkianı hədəf aldı

Xaricdə fəaliyyət göstərən və şahçılara mənsub "Mənoto" telekanalı İran prezidentliyinə türk namizəd Məsud Pezeşkianı yenidən hədəf alıb.

Diaspora.TV xəbər verir ki, bu barədə telekanalın sosial media hesabını "Pezeşkianın millətçi olduğuna dair daha bir sənəd" başlıqlı yazı paylaşıb.

"Pərviz Məhəmmədinin "Nəqədə" də Məsud Pezeşkianı seçki qərargahının rəhbəri təyin edilməsi barədə məktubunun şəklinin dərci sosial şəbəkələrdə qəzəb dalğasına və mənfi reaksiyalara səbəb olub. Bu hökmdə Nəqədə şəhəri əvəzinə millətçilər arasında məşhur olan addan istifadə olunub",- paylaşımda yazılıb.

Qeyd edək ki, "Nəqədə" Qərbi Azərbaycan əyalətinin türklərlə kürdlər arasında mübahisə və münaqişə mövzusuna çevrilən şəhərlərindən biridir.

Şəhərin tarixi türkcə adı Sulduz olsa da, bu sonradan dəyişdirilərək "Nəqədə" edilib.

Buna baxmayaraq azərbaycanlıların və İranda yaşayan türklərin əksəriyyəti şəhəri tarixi türk adı Sulduzla tanıyır, yazır və çağırırlar.

Məsud Pezeşkianın isə məktubunda Nəqədə adı əvəzinə Sulduz sözünü yazması ona qarşı istifadə edilir və prezidentliyə namizəd millətçilikdə günahlandırılıb.

Qeyd edək ki, bu gün yerli vaxtla səhər saat 08-dən İranda növbədənkənar prezident seçkiləri başlayıb.

Günün birinci yarısında, səsvermənin başlamasından saatlar keçdiyi bir vaxtda ölkə üzrə qurulan seçki məntəqələrində seçici fəallığı müşahidə olunmayıb.

Müstəqil müşahidəçilər seçici fəallığının hökumətin iddia etdiyindən çox aşağı olduğu barədə paylaşımlar ediblər./GünazTV



Şərhlər

Yaz...