Gürcüstanın sabiq prezidenti Mixael Saakaşvili "Vahid Milli Hərəkat" partiyasının Marneuli qərargah rəhbəri Azad Kərimova məktub ünvanlayıb.
Diaspora.TV xəbər verir ki, bu barədə Azad Kərimov sosial media hesabında paylaşım edib:
“Azad qardaşım! Göstərdiyin qəhrəmanlığa görə təşəkkür edirəm. Zərər çəkdiyinə görə çox narahat oldum. Sənin cəsur hərəkətini heç vaxt unutmayacam! Biz qalib gələcəyik! Qardaş Salamı!"
Xatırladaq ki, 26 oktyabr parlament seçkiləri günü Qızılhacılı 74 saylı seçki məntəqəsində baş verən insident zamanı Azad Kərimov fiziki şiddətə məruz qalıb.