Azərbaycanlı iş adamının adı külli miqdarda rüşvət verməkdə çəkilir. Belə ki, o, Rusiyada satış şirkətlərinin birinin menecerinə meyvə-tərəvəzləri Yekaterinburqda şəbəkənin satış məntəqələrinin rəflərinə düzməsi üçün pul verib.
Diaspora.TV xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
“2020-ci ildən 2023-cü ilə qədər Azərbaycanlı iş adamı “Pyateroçka” paylama mərkəzinin əməkdaşına meyvə və tərəvəz daşımalarından keçməsi üçün pul köçürüb. İş adamı saxlanılıb və günahını etiraf edib”, - deyə istintaq məlumatlarında bildirilib.
Azərbaycanlı biznesmenə “Kommersiya məqsədli rüşvət alma” maddəsi ilə cinayət işi başlanıb.