Tarix: 18.04.2024 / 16:03
Rustavi azərbaycanlıları COP29-la bağlı bir araya gəldi

Rustavi azərbaycanlıları COP29-la bağlı bir araya gəldi

Gürcüstanın Rustavi şəhərində fəaliyyət göstərən “Təhsil və Mədəniyyət Mərkəzi”ndə həmin ölkədə yaşayan azərbaycanlı yeniyetmə və gənclərə növbəti görüş COP29-a həsr olunub.

Diaspora.TV Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, mərkəzin direktoru Raida Dərziyeva BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının iqlim dəyişikliyi ilə mübarizədə dünyanın mühüm tədbirlərindən biri olduğunu vurğulayıb və COP29-un Bakıda keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.

Daha sonra mərkəzin Azərbaycan şöbəsinin müəllimi Dilbər Babayeva şagirdləri iqlim dəyişkənliyi barədə məlumatlandırıb.

Şərhlər

Yaz...