Ötən gün "Gürcü Arzusu" partiyasının üzvləri və Rustavi şəhərinin meri Nino Latsabidze seçki kampaniyası çərçivəsində Rustavidə yerli azərbaycanlılarla görüş keçiriblər.
Diaspora.TV gürcü mediasına istinadla xəbər verir ki, sözügedən görüşü işıqlandıran "Rustavi2" telekanalı tədbirdə iştirak edən Gürcüstan azərbaycanlılarını "diaspora" kimi təqdim edib.
Xəbər başlığında "Gürcü Arzusu" üzvləri Rustavidə Azərbaycan diasporasının nümayəndələri ilə görüşüb" deyə qeyd olunması Gürcüstan azərbaycanlıları tərəfindən birmənalı qarşılanmayıb.
Qeyd edək ki, Gürsüctan azərbaycanlıları özlərini diaspora deyil, yerli xalq hesab edir.