Rus turistlər Yeni il tətilləri üçün yerləri indidən sifariş etməyə başlayıblar. Rusiya mediası turizm agentliklərinə istinadən bildirir ki, artıq iyul ayındn yer və bilet bron etməyə başlayıblar.
Diaspora.TV xəbər verir ki, “Yandex Travel” şirkətinin məlumatına görə, Yeni il tətili üçün ən çox sifariş edilən xarici ölkələr arasında Azərbaycan ilk sıralardadır.
Hazırda Bakıya biletlərin qiyməti 11 mindən 80 min rubla qədər dəyişir.