Tarix: 07.11.2024 / 11:30
Ruslar səyahət üçün daha çox    Azərbaycanı seçirlər

Ruslar səyahət üçün daha çox Azərbaycanı seçirlər

“Rosqosstrax” və Travelata.ru səyahət axtarışı və bronlaşdırma xidməti rusların oktyabrın 26-dan noyabrın 4-dək olan müddətdə hansı ölkələrə səyahət etdiyini təhlil edib.

Diaspora.TV Rusiya mediasına istinadla xəbər verir ki, noyabr bayramları ərəfəsində səyahətlər üçün ən populyar istiqamətlər Azərbaycan, Çin, Türkiyə, Belarus və Misir olub.

“Bu il noyabr bayramlarını əhatə edən rezervasiyaların həcmi ötən illə müqayisədə 21% artıb. Ən populyar istiqamətlər ümumiyyətlə dəyişməz qalıb. Bunlar əsasən çimərlik tətilləri olan ölkələrdir. Ruslar uzun qış ayları öncəsi dənizdə vaxt keçirmək istəyirlər”, - Travelata.ru onlayn tur mağazasının marketinq direktoru Oleq Kozırev bildirib.

Bu il rusiyalı turistlər noyabr həftəsonunu dörd və beşulduzlu otellərdə keçirməyə üstünlük veriblər. Bununla yanaşı, ötən illə müqayisədə mütəxəssislər daha rahat istirahət şəraiti olan turlara tələbatın artdığını qeyd ediblər. Beşulduzlu mehmanxanalarda yerləşmə tezliyi 39%-dən 44%-ə yüksəlib, dördulduzlu otellərdə isə 4% azalıb və onların payı 31%-ə çatıb.

Şərhlər

Yaz...