Rusiyanın Korkino şəhərinin Vatutina küçəsində sürücü kimi pul qazanan 40 yaşlı yerli sakinin (qadın) meyiti aşkarlanıb. O, bıçaq xəsarətlərindən dünyasını dəyişib.
Diaspora.TV Rusiya mediasına istinadla xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyinin region üzrə Baş İdarəsi bildirib ki, polis iki gəncdən şübhələnir.
Bu gün axşam saatlarında şəhərdə sözügedən hadisə ilə bağlı kütləvi iğtişaşlar başlayıb.Yerli sakinlər qaraçı ailələrinin yaşadığı evin yaxınlığında toplaşıblar. Buna səbəb şübhəlilərdən birinin burada yaşaması olub. Hadisə yerində hüquq-mühafizə orqanları və Rusiya Qvardiyasının xüsusi təyinatlı bölmələri işləyir.