Tarix: 01.11.2024 / 09:50
Ruslar Azərbaycanı son ümid yeri    kimi görürlər

Ruslar Azərbaycanı son ümid yeri kimi görürlər

Rus zənginləri Qərb sankiyalarından yan keçmək üçün son ümidlərini Azərbaycan hökumətinə, yaxud banklarına bağlayıblar. Maliyyə analitiki Aleksandr Razuvaev NEWS.ru ilə söhbətində Rusiya vətəndaşlarının Qərbin sanksiyalarından yan keçməsi üçün qeyri-standart həll yolu təklif edib.

Diaspora.TV Rusiya mediasına istinadən xəbər verir ki, onun fikrincə, əsas rolu nəzarət paketi Azərbaycan hökumətinə məxsus olan bank oynaya bilər.

Razuvayev vəziyyətin unikallığını vurğulayıb: geosiyasi fərqlərə baxmayaraq, Azərbaycan Rusiyaya qarşı neytral mövqe tutur və sanksiyalara məruz qalmayan maliyyə alətləri təqdim edə bilər.

Analitik qeyd edib ki, “Visa” və “Mastercard” Rusiyanı tərk etdikdən sonra ruslar ciddi məhdudiyyətlərlə üzləşiblər. “Mir” kart isə yalnız Belarus, Vyetnam və Ermənistan da daxil olmaqla, bir neçə ölkədə işləyir, lakin Türkiyə kimi məşhur turizm məkanlarında qəbul edilmir.
Çinin “UnionPay” sistemindən istifadə cəhdləri də ikinci dərəcəli sanksiyalar qorxusu üzündən uğursuzluğa düçar olub. Razuvaev fırıldaqçılıq riskinin yüksək olması səbəbindən Qırğızıstan və Qazaxıstan banklarının kartlarından istifadə etməmək barədə də xəbərdarlıq edib.

Ekspert müvəqqəti tədbir kimi səyahət edən ruslara nağd puldan istifadə etməyi məsləhət görüb.

Şərhlər

Yaz...