Tarix: 03.11.2024 / 18:30
Azərbaycanlılar 1 həftə ərzində qeydiyyata durmalıdırlar, yoxsa...   – Diaspor sədri

Azərbaycanlılar 1 həftə ərzində qeydiyyata durmalıdırlar, yoxsa... – Diaspor sədri

Bir müddətdir Rusiyada sərtləşən miqrasiya qaydaları azərbaycanlıların qonşu ölkəyə getmələrinə təsirsiz ötüşməyib. Dövlət Dumasının qeyri-qanuni miqrantlarla bağlı ard-arda qəbul etdiyi qərarların Rusiyanın Stravropol vilayətində yaşayan azərbaycanlılara təsirini öyrənmək üçün bu vilayətdə fəaliyyət göstərən Azərbaycan diasporunun sədri Fəxrəddin Yarıyevlə əlaqə saxladıq.

“Odlar Yurdu” Azərbaycan Milli Mədəniyyət Mərkəzinin rəhbəri Fəxrəddin Yarıyev Diaspora.TV- yə bildirib ki, hazırda miqrantların Rusiyaya gəlişi çox ciddi vəziyyət alıb.

“Rusiyaya gələn azərbaycanlılar 1 həftə müddətində qeydiyyata düşməlidirlər. Qeydiyyat zamanı mütləq Rusiyaya nə üçün gəldikləri barədə dəqiq məlumat verməlidirlər. Yoxsa Rusiya həmin vətəndaşı qəbul etməyəcək. Bizim bütün regionlarda nümayəndələrimiz var. Həmin nümayəndələr Rusiyaya gələn soydaşlarımıza bütün qayda-qanunları izah edir. Miqrasiya üzrə şura üzvü olduğuma görə, qanunda hər hansı dəyişiklik baş verdiyi halda soydaşlarımızı məlumatlandırıram”- deyə F.Yarıyev bildirib.

F.Yarıyev sərtləşən miqrasiya qaydalarından sonra diaspora müraciət edən azərbaycanlıların sayının da artdığını bildirib:

"Mümkün qədər soydaşlarımıza dəstək göstərməyə çalışırıq. Etiraf edim ki, bu dəstək daha çox qaydalarla tanışlıq, maarifləndirmə, bürokratik əngəllərin tez bir zamanda aradan qaldırılması formasında özünü göstərir".


Şərhlər

İbrahimova Rena

Stovropol Diasporasının Sedi Fexreddin Yarıyevin seyi kömekliyi sayesinde her kes o şeherde çox rahat yaşayır 24 ildir bunun canlı şahidiyik Yarıyevin zehmeti kömeyi danılmazdır

03.11.2024 / 20:03

Yaz...