Regional hökumət əcnəbilərin alkoqol və tütün ticarəti, qeyri-stasionar pərakəndə satış obyektlərində küçə yeməkləri, sosial xidmətlər, həmçinin idman, mədəniyyət, səhiyyə və təhsil sahələrində patent əsasında işləmələrinin qadağan ediləcəyini açıqlayıb.
Diaspora.TV rus mediasına istinadla xəbər verir ki, hakimiyyət bu qərarı, xüsusən də belə mütəxəssislərə qarşı şikayətlərin çoxalması səbəbindən qəbul edib.
Regional hökumətin sədr müavini Natalya Maslenkinanın sözlərinə görə, bu, “potensial münaqişələri minimuma endirməyə kömək edəcək”.
O, əlavə edib ki, qadağa tətbiq edildikdən sonra 5,6 minə yaxın iş yeri boş qalacaq ki, onlar bunu “soydaşlarımızın, eləcə də Aİİ vətəndaşlarının hesabına” doldurmağı planlaşdırırlar.