Tarix: 22.07.2024 / 22:25
 Rusiyaya gedən azərbaycanlılar   - Övladınıza rus dilini öyrədin

Rusiyaya gedən azərbaycanlılar - Övladınıza rus dilini öyrədin

Rusiya hökuməti miqrantlardan övladlarına əvvəlcədən rus dilini öyrətməyi tələb edir. Əgər miqrant ailəsi ilə birlikdə Rusiyaya köçməyi planlaşdırırsa, övladına əvvəlcədən rus dilini öyrətməlidir ki, həmyaşıdları ilə davranış və ünsiyyət mədəniyyətini başa düşsün.

Diaspora.TV Rusiya mediasına istinadla xəbər verir ki, bunu “Rosobrnadzor”un rəhbəri Anzor Muzaev bildirib.

O deyib ki, rus dilini bilməyən əcnəbi uşaqlar xüsusi kurslara göndəriləcək və yalnız onları bitirdikdən sonra məktəbə qəbul ediləcək.

Bununla belə, Muzaev qeyd edib ki, uşaqların Rusiyaya köçməzdən əvvəl rus dilini öyrənmələri daha yaxşıdır.

“Əgər hansısa ailə buraya köçüb yaşamağa qərar verərsə, təbii ki, uşağın rus dilini bilməsi üçün əvvəlcədən çalışmalıdırlar”, - deyə Muzaev yekunlaşdırıb.

Şərhlər

Yaz...