Tarix: 13.11.2024 / 14:20
Rusiyaya avtomobillə gedən soydaşlarımızın nəzərinə...     Sürücülük hüququndan məhrum edilə bilərsiniz!

Rusiyaya avtomobillə gedən soydaşlarımızın nəzərinə... Sürücülük hüququndan məhrum edilə bilərsiniz!

Rusiyada deputatlar yol hərəkəti qaydalarını pozan miqrantların sürücülük hüququ ilə bağlı yeni təkliflər irəli sürüblər.

Diaspora.TV xəbər verir ki, qanun layihəsi bu gün Dövlət Dumasına təqdim edilib.

Təşəbbüsə əsasən, qaydaları pozan əcnəbilər yalnız Rusiya sürücülük vəsiqəsi aldıqdan sonra yenidən avtomobil idarə edə bilərlər.

Qanun layihəsində qeyd olunub, hazırda əcnəbilər yaşayış icazəsi və ya Rusiya vətəndaşlığını aldıqları tarixdən bir il müddətində öz ölkələrində əldə etdikləri sürücülük vəsiqələrindən istifadə edə bilərlər.

Parlamentarilər əlavə ediblər ki, yeni normalar yol hərəkəti qaydalarına əməl etməyən əcnəbi sürücülərin məsuliyyətini artıracaq və yollarda təhlükəsizlik səviyyəsini yüksəldəcək. Onların fikrincə, belə bir güzəşt Rusiya regionlarına taksi sürücüsü kimi üz tutan vicdanlı sürücülər üçün də çox əlverişlidir.

Şərhlər

Yaz...