Tarix: 22.10.2024 / 10:30
Rusiya yol polisi azərbaycanlını saxta    siqaret və spirtli içki ilə yaxaladı

Rusiya yol polisi azərbaycanlını saxta siqaret və spirtli içki ilə yaxaladı

Rusiyanın Lipetsk vilayətinin Yeletsk rayon Məhkəməsi tütün məmulatlarının və alkoqollu içkilərin etiketsiz dövriyyəsində təqsirləndirilən Azərbaycan vətəndaşı barəsində qərar çıxarıb.

Diaspora.TV Rusiya mediasına istinadla xəbər verir ki, iyunun 20-də Yelets-Talitsa-Krasnoe avtomobil yolunun ərazisində Dövlət Yol Müfəttişliyinin əməkdaşları sənədləri yoxlamaq üçün VAZ-2107 markalı avtomobili saxlayıblar.

Avtomobilə baxış zamanı 156 şüşə spirtli içki və 860 qutu etiketsiz tütün məmulatının daşındığı müəyyən edilib.

Cinayətkar təqsirini boynuna alıb və bildirib ki, saxta malı satış məqsədi ilə əldə edib.

Məhkəmə 52 yaşlı azərbaycanlını təqsirli bilib və müsadirə olunmuş məhsulların məhv edilməsi ilə yanaşı, 25 min rubl cərimə barədə qərar qəbul edib.

Şərhlər

Yaz...