Tarix: 31.10.2024 / 12:50
Rusiyanın Xalq rəssamı Şuşada   sərgi açmaq istəyir

Rusiyanın Xalq rəssamı Şuşada sərgi açmaq istəyir

“Mən Şuşada öz sərgimi açmaq istəyirəm”.

Diaspora.TV xəbər verir ki, bu sözləri Rusiyanın Xalq rəssamı Nikas Safronov APA-ya müsahibəsində deyib.

Rəssam Azərbaycana dəfələrlə səfər etdiyini, lakin Qarabağda, Şuşada olmadığını söyləyib.

“Əlbəttə ki, məmnuniyyətlə Qarabağa gedəcəm. Mən Azərbaycanı, Azərbaycan xalqını çox sevirəm, onlar cox qonaqpərvərdirlər. Dəfələrlə Azərbaycanda olmuşam. Azərbaycana həsr olunan çoxlu işlərim var. Azərbaycanın görkəmli şəxsiyyəti Heydər Əliyevlə dost olmuşam. O, Bakıda mənim ilk sərgimin açılışında iştirak edib. Azərbaycanın həm böyük şəhərlərində, həm də balaca kəndlərində insanların əsl ruhunu görmək mümkündür" - deyə,Nikas Safranov bildirib.

Rusiyalı rəssam Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin rəsmini çəkdiyini də deyib:

“Şuşa tarixi və xüsusi yerdir. Təəssüf ki, Şuşada olmamışam, amma video materiallara baxdıqdan sonra bu şəhərin rəsmini çəkmişəm. Mən mütləq Qarabağa gedəcəm, Şuşada sərgimi açmaq istəyirəm”.


Şərhlər

Yaz...