Tarix: 06.06.2024 / 19:32
Rusiyanın cənubunda miqrantlara qarşı   reydlər keçirilib

Rusiyanın cənubunda miqrantlara qarşı reydlər keçirilib

Rostov-Dondakı “Temernik” bazarında təhlükəsizlik qüvvələri Rusiyada yaşama qaydalarını pozan 16 əcnəbini və vətəndaşlığı olan, lakin hərbi qeydiyyatdan keçməyən 18 nəfəri saxlayıb. Volqoqrad vilayətində isə reydlər zamanı miqrasiya qanunlarını pozan 45 nəfər müəyyən edilib.

Diaspora.TV Rusiya mediasına istinadən xəbər verir ki, Rostov təhlükəsizlik qüvvələrinin “Crocus City Hall”dakı terror aktından sonra keçirilən reydlərdə saxlanılan miqrantlara çağırış vərəqələrinin verilməsi ilə bağlı xəbərlərini şərh edən rus hüquq müdafiəçiləri bildiriblər ki, mühacirlərin cəbhəyə göndərilməsi kütləvi hal kimi görünmür.

Rostov vilayətində Mərkəzi Asiyadan olan 46 vətəndaşa Rusiyanı tərk etmək göstərişi verilib. Rostov-Don şəhərində 913 nəfər yoxlanılıb, onlardan 545-i Rusiya Federasiyasının vətəndaşıdır ki, həmin çəxslərin 150 nəfər hərbi komissarlığa çağırış vərəqəsi alıb, 39 nəfər inzibati məsuliyyətə cəlb edilib, onlardan 25-i xarici ölkə vətəndaşıdır.

Şərhlər

Yaz...