Tarix: 06.08.2024 / 18:25
Rusiyanın  böyük ərzaq şəbəkələrində rəflər   niyə boşdur?

Rusiyanın böyük ərzaq şəbəkələrində rəflər niyə boşdur?

Rusiyanın ən böyük ərzaq şəbəkələrindən biri olan “Pyaterochka”nın supermarketlərinin bəzi şəhərlərdə rəflərinin boş olduğu bildirilir.

Diaspora.TV xarici mediaya istinada xəbər verir ki, Yaroslav, Kovrov, Rıbinsk, Kostroma və İvanova şəhərlərindəki “Pyaterochka” supermarketlərində çörək, taxıl, un, ədviyyat və içməli su kimi əsas məhsullar son bir neçə həftədir tapılmır.

Bu vəziyyətin səbəbləri arasında mövsümi tətillər və polisin mühacirləri təqib etməsi səbəbiylə işçi qıtlığı göstərilir. Bundan başqa, kənd təsərrüfatı işçilərinə tələbatın müvəqqəti artması pərakəndə satışda kadr çatışmazlığını da artırır.

Federal İcra Agentliyinin məlumatına görə, bu il Rusiyadan daha çox əcnəbi deportasiya edilir.

Business FM-in məlumatına görə, keçən il ərzində 44 min belə insan olduğu halda, bu ilin altı ayında təxminən 40 min immiqrant deportasiya edilib.

“Pyaterochka”nın da daxil olduğu X5 Qrupunun verdiyi açıqlamada problemlərin aradan qaldırılması üçün qonşu bölgələrdən əlavə personalın gətirildiyi bildirilib.

Problemin daha dərindən hiss olunduğu bəzi şəhərlərdə “Pyaterochka”nın bazar payı 40-50 faiz civarındadır.

“Superjob” Araşdırma Mərkəzinin rəhbəri Natalya Qolovanova qeyd edib ki, ən azından regionlarda yerli əhali anbarlarda işləməyə getmir.

"İl ərzində bütün ölkə üzrə vakant anbar vəzifələri üçün rəqabət 17% azalıb. İşəgötürənlərə getdikcə daha az adam gəlir", - deyə Qolovanova bildirib.

Şərhlər

Yaz...