Tarix: 24 May 2024 09:35 | Baxış sayı: 9571

Rusiyanı təmsil etməsi qarşılığında təklif olunan vətəndaşlıqdan imtina edən azərbaycanlı

Diaspora.TV-də “Uğurlu soydaşın” növbəti qonağı Moskvada yaşayan soydaşımız, gənc musiqiçi Rusalina Hüseynzadə olub.

R.Hüseynzadə Bakıda Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil alıb.

Hazırda Rusiyada yaşayan qonağımız musiqiyə birinci piano öyrənməklə başladığını, 15 yaşından isə skripka ifa etdiyini bildirib:

“Bir il sonra baş dirijor T.Gökçayevin dəvəti ilə Qara Qarayev adına kamera orkestrində skripka qrupunun konsertmeysteri kimi fəaliyyətə başladım”.

R.Hüseynzadə məktəbi bitirdikdən sonra Rusiya Federasiyasının təqaüdü ilə Moskva Dövlət Konservatoriyasında təhsil alıb. 2022-ci ildə Konservatoriyanı qırmızı diplomla bitirib və həmin il aspirantura təhsilinə başlayıb.

R.Hüseynzadə qeyd edib ki, müsabiqələrdə Rusiyanı təmsil etməsi üçün ona vətəndaşlıq da təklif olunub:

“Lakin mən imtina etdim. Bütün müsabiqələrdə və festivallarda Azərbaycanı təmsil edirəm”.

Gənc musiqçi bir sıra ölkələrdə, eləcə də Rusiyada Azərbaycanı müxtəlif konsert proqramlarında, tədbirlərdə təmsil edib.

R.Hüseynzadə qeyd edib ki, bir sıra müsabiqələrin keçirildiyi illərdə Azərbaycandan heç bir skripkaçı yer tutmayıb:

“Azərbaycanı “Grand Prix Emanuel Feuermann”, “Queen Elizabeth Competition”, “Tchaikovsky Competition” kimi nüfuzlu müsabiqələrdə təmsil etməyi düşünürəm”.

Soydaşımız bildirib ki, Rusiyada fəaliyyət göstərən Azərbaycan diasporu ilə heç bir əlaqəsi yoxdur:

“Onlar tədbirlərinə daha çox estrada müğənniləri dəvət edirlər”.

Diaspora TV

Şərhlər

Eynulla Nəsibov

Hallal olsun, millətimizi xarici ölkələrdə keçirilən bütün musiqi vəya digər tədbirlərdə təmsil edən gənclərimizə. Vətən çörəyi və suyu halaldı onlara.

11 İyun 2024 19:32

Rəfiqə Məlikova

Halal olsun belə vətənpərvər balalara uğurların bol olsun qızım

06 İyun 2024 21:16

Vüqar

Uğurlar arzu adirem

25 May 2024 09:42

Zeze

Halal olsun. Belede davam et. Diasporanin bawi cox cox cox qarisiqdir. Zulm cekirler

24 May 2024 13:27

Yaz...

Sünik koridoru İranı cəhənnəmə    aparır
Video Qalereya, Cənub vaxtı

Sünik koridoru İranı cəhənnəmə aparır