Tarix: 06.12.2024 / 13:27
Rusiyalıları Azərbaycanda daha çox  təəccübləndirən nədir?

Rusiyalıları Azərbaycanda daha çox təəccübləndirən nədir?

Rusiyalı səyyah Saşa Konovalova Azərbaycanda onu ən çox təəccübləndirən nüansları sadalayıb.

Diaspora.TV xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

S.Konovalova ölkəmizə səfəri zamanı heç bir yadlıq duymadığını, özünü evində olduğu kimi hiss etdiyini qeyd edib.

“Demək olar ki, hamı rus dilini bilir, restoranlarda bizim yeməklərimizi tapmaq asandır, mağazalar isə Rusiyadan gələn məhsullarla doludur”, - deyə o bildirib.

Bundan başqa, Konovalova Azərbaycanı pərəstiş etdiyi Türkiyəyə bənzədib. O, ölkə paytaxtının memarlığının və Bakı bulvarının gözəlliyinə diqqət çəkib.

Rusiyalı səyyahı dadlı yerli mətbəx də olduqca təəccübləndirib:

“Milli mətbəx ləzzətlidir! Nar şirəsi isə sadəcə əladır!”.

S.Konovalova Azərbaycan əhalisinin qonaqpərvərliyi, şəhərin təmizliyi, maraqlı görməli yerlərini bəyəndiyini ifadə edib.


Şərhlər

Yaz...