Tarix: 08.11.2024 / 13:20
Rusiyalı ulduzlar azərbaycanlı  həkimi  yarım milyondan    məhrum etdilər

Rusiyalı ulduzlar azərbaycanlı həkimi yarım milyondan məhrum etdilər

Azərbaycanlı stomatoloq Mahir Quliyev Rusiyanın məşhur televiziya layihəsinin efirində məşhur müğənni Coninin obrazını yaradıb.

Diaspora.TV xəbər verir ki, Mahir Quliyev Rusiyanın TNT kanalında yayımlanan “Ulduzlardan da parlaq” transformasiya şousunda iştirak etsə də, yarım milyon rublun (8,8 min manatdan çox) sahibi ola bilməyib.

Bu layihədə hər biri üç nəfərdən ibarət dörd komanda iştirak edir. İştirakçılar bu və ya digər ulduz kimi reinkarnasiya olunurlar. Quliyev həmyerlisi, müğənni Coninin (Cahid Hüseynli) obrazını yaradıb, lakin qalib ola bilməyib. Münsiflər heyətindən yalnız komediyaçı İvan Abramov onu dəstəkləyib, digər üzvlər - Marina Kravets, Aleksey Çumakov və Daria Bloxina isə onun obraza kifayət qədər doğmalaşmadığını deyiblər.

Quliyev sosial şəbəkədə bildirib ki, bu, onun böyük səhnədə ilk çıxışı və ilk televiziya verilişi olub.

Buna baxmayaraq, o, çıxışı yeni başlayan musiqi karyerasında böyük təcrübə adlandırıb.

“TNT kanalında çıxışıma səmimi cavab verən hər kəsə xüsusi təşəkkür edirəm, mən sizin üçün musiqimi yaratmağa davam etmək, sizi sevindirmək istəyirəm”, - deyə Quliyev bildirib./ “Sputnik Azərbaycan”





Şərhlər

Yaz...