Tarix: 07.09.2024 / 13:10
Rusiyalı qadının qətli ilə bağlı iş niyə   Azərbaycana göndərilib?

Rusiyalı qadının qətli ilə bağlı iş niyə Azərbaycana göndərilib?

Novosibirskdə 36 yaşlı Natalya Ustinovanın qətli ilə bağlı cinayət işi üzrə istintaq başa çatıb.

Diaspora.TV xəbər verir ki, Rusiya Federasiyasının region üzrə İstintaq İdarəsinin rəisi Yevgeni Dolqalev bildirib ki, cinayət işinə təqsirləndirilən şəxsin hazırda yerləşdiyi Azərbaycanda baxılacaq.

Onun sözlərinə görə, cinayəti başqa ölkənin vətəndaşı törədib. Hazırda idarə artıq onun təqsirini müəyyən edib, sübutlar toplayıb və qiyabi ittiham irəli sürüb. Cinayət işi Azərbaycana göndərilib.

Qeyd edək ki, hadisə geniş ictimai rezonansa səbəb olub. 2019-cu ilin sentyabr ayında iki uşaq anası olan 36 yaşlı Natalya Ustinova külli miqdarda nağd pulla maşın almağa gedib və yoxa çıxıb. Oktyabr ayında Kirovski rayonunda boş ərazidə sibirli qadının meyiti tapılıb. Tezliklə şübhəli beynəlxalq axtarışa verilib.


Şərhlər

Yaz...