Tarix: 08.07.2024 / 19:10
Rusiyalı müğənnini   Bakıya çəkən kimdir?

Rusiyalı müğənnini Bakıya çəkən kimdir?

46 yaşını qeyd edən rusiyalı müğənni Diana Qurtskaya səfər etdiyi şəhərlər arasında Bakını xüsusi xatırlayır.

Diaspora.TV xəbər verir ki, bu barədə Diana Qurtskaya Moskva-Baku saytına müsahibəsində deyib.

“İlk səfərimdən Bakını çox bəyəndim. Tamaşaçılar hər dəfə məni hərarətlə qarşılayırdılar, mən bunu hiss etmişəm”, -deyə Diana Qurtskaya bildirib.

Sənətkar qeyd edib ki, həmişə tamaşaçıların onu həqiqətən qəbul etdiyini ruhu və ürəyi ilə hiss edir.

“Bakılılarla mənəvi qohumluq hiss edirəm və həmişə bu şəhərə məmnuniyyətlə qayıdıram”, - deyən müğənni bildirib ki, Emin Ağalarovun yaradıcılığına böyük hörmət bəsləyir:

“Onun bir çox konsertlərində olmuşam. Məni tez-tez Bakıya dəvət edən Leyla Əliyeva ilə görüşlərimi hərarətlə xatırlayıram”.

V.Əli
Diaspora.TV

Şərhlər

Yaz...