Rusiyalı model Anastasiya Reşetova ilk dəfə müğənni Alsu və bakılı iş adamı Yan Abramovun boşanması ilə bağlı qalmaqaldan danışıb.
Diasproa.TV xəbər verir ki, Anastasiya bu barədə qonaq olduğu "VKontakte" sosial şəbəkə platformasında yayımlanan "Mənim çantamda" verilişində danışıb.
Reşetova Abramovla münasibəti barədə şayiələri nə təkzib, nə də təsdiqləyib.
“Yəqin ki, mən hardasa bu sınaqlara layiq idim, amma məni çağırdıqları sözlə razı deyiləm. Həyatımın təfərrüatlarını bilən yaxınlarım da məni belə hesab etmirlər. Əsas olan budur. İnsanlar isə görmək istədiyini görür. Ən əsası isə odur ki, bunun mənimlə, real həyatımla heç bir əlaqəsi yoxdur. Sevdiyim insanların haqqımda nə düşündüyü mənim üçün vacibdir”, - deyə model bildirib.
Qeyd edək ki, model ifaçının keçmiş ərinin məşuqəsi olmaqda ittiham olunub.