Tarix: 28 Avqust 2024 10:20 | Baxış sayı: 259
Filipp Kirkorov azərbaycanlı bəstəkarın   mahnısını ifa edib   -VIDEO

Filipp Kirkorov azərbaycanlı bəstəkarın mahnısını ifa edib -VIDEO

Rusiya şou-biznesinin kralı Filipp Kirkorov azərbaycanlı bəstəkar Heydər Bağırovun “Gənc Madonna” mahnısını ifa edib.

Diaspora.TV xəbər verir ki, Rusiyanın xalq artisti bəstəni gənc həmkarı Marqo (Marqarita Ovsyannikova) ilə duet şəklində ifa edib. İfaçı səhnəyə ilk addımlarını atan kimi ona dəstək olmaq qərarına gəlib. O, gənclərə hər zaman dəstək olmağa hazır olduğunu qeyd edib.

Mahnının premyerası "Yeni dalğa 2024" gənc ifaçıların beynəlxalq musiqi festivalının bağlanışında olub.

Qeyd edək ki, Heydər Bağırov bir neçə il əvvəl PROMODJ saytının versiyasına görə Rusiyanın 100 ən yaxşı musiqiçisi siyahısına daxil edilib./Sputnik Azərbaycan



Şərhlər

Yaz...

Sünik koridoru İranı cəhənnəmə    aparır
Video Qalereya, Cənub vaxtı

Sünik koridoru İranı cəhənnəmə aparır