Moskvada məhkəmə CSKA basketbol komandasının müdafiəçisi Aleksey Şvedi döyməkdə təqsirləndirilən Yusif Miraşurovu 3 il müddətinə azadlıqdan məhrum edib.
Diaspora.TV rus mediasına istinadla xəbər verir ki, bu barədə paytaxt prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Təqsirləndirilən şəxs Yusif Miraşurov qəsdən sağlamlığa ağır zərər vurma (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsi) ilə təqsirli bilinib. O, cəzasını ümumi rejimli koloniyada çəkəcək.