Tarix: 29.10.2024 / 21:16
Rusiyalı aktyor azərbaycanlı rejissorla    dostluğundan danışıb

Rusiyalı aktyor azərbaycanlı rejissorla dostluğundan danışıb

Aktyor Sergey Rubeko heç vaxt Azərbaycanda olmayıb. Amma o, azərbaycanlı rejssor Murad İbrahimbəyovun “Əsl hadisələr, ya da çilingərin dəli günü” filmində rol alıb. Rejissorla söhbətlərini hələ də xatırladığını deyir.

Diaspora.TV xəbər verir ki, o, bu barədə "Moskva-Bakı"ya müsahibəsində bildirib:

"Murad İbrahimbəyovla çəkiliş meydançasında tanış olmuşam. Onunla orada çalışmışam. Film Rusiyada və Azərbaycanda çəkilib. Moskvadakı çəkilişlərdə iştirak etmişəm. Bu film 24 il əvvəl çəkilib, bir çox detallar artıq yaddaşlardan silinib. İbrahimbəyovun “Mən bir qaçış planladım” serialında da rol almışam. Rollar kiçik olsa da, həmişə parlaq, xarakterik olub. Onunla işlədikdən sonra həmişə çox xoş hisslər keçirmişəm. O, çox yaradıcı insandır, aktyorlarla olduqca incə ünsiyyət qurur. Bunu qeyd etməyə bilmərəm və Muradı böyük hərarətlə xatırlayıram. Ona böyük hörmətim var", - deyə aktyor bildirib.



Şərhlər

Yaz...