"Rossiya-1" telekanalı "İtli xanımın davamı" serialının yeni mövsümünü nümayiş etdirib.
Diaspora.TV xəbər verir ki, əsas rollardan birinin ifaçısı Gennadi Smirnov "Moskva-Bakı"ya müsahibəsində onu niyə xüsusi hesab etdiyini deyib. O, Azərbaycana hansı mahnını həsr edəcəyini də bildirib.
"Nədənsə dərhal sahildə dayanan və dənizə mahnı oxuyan Müslüm Maqomayevi təsəvvür edirəm. Birdən insanlar onun ətrafında toplaşmağa başlayırlar: bakılılar da, turistlər də, qonşu mağazalardan olan satıcılar da, uşaqlar da, hamı onunla birlikdə oxumağa başlayır. Düşünürəm ki, belə bir mahnı Azərbaycan haqqında olmalıdır",- deyə aktyor bildirib.