Tarix: 13.12.2024 / 17:16
Rusiyadan Zəngəzur açıqlaması:    Anlaşmışıq, ilk növbədə...

Rusiyadan Zəngəzur açıqlaması: Anlaşmışıq, ilk növbədə...

“Azərbaycanlı və erməni tərəfdaşlarımızla bir çox nizamlanma sahələrində artıq ciddi nəticələr əldə etmişik. Regional nəqliyyat kommunikasiyaları, ilk növbədə, dəmir yolunun blokdan çıxarılmasından danışıram”.

Diaspora.TV xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

Onun sözlərinə görə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında dəmir yolu əlaqəsinin bərpası ilə bağlı ümumi anlaşma əldə olunub.

“Baş nazirin müavinlərinin sədrlik etdiyi üçtərəfli işçi qrupu çərçivəsində dəmir yolu əlaqəsinin bərpası ilə bağlı ümumi anlaşma əldə olunub”, - deyə Qaluzin bildirib.


Şərhlər

Yaz...