Tarix: 03.09.2024 / 17:00
 Rusiyadan deport edilən 21 azərbaycanlı hava    limanında saxlanılır

Rusiyadan deport edilən 21 azərbaycanlı hava limanında saxlanılır

Rusiyadan deportasiya edilən 21 azərbaycanlı 2 gündür Domodedovo Hava Limanında saxlanılır.

Diaspora.TV xəbər verir ki, bu barədə xaricdə yaşayan azərbaycanlılara aid sosial şəbəkələrdə məlumat yayılıb.

Qeyd olunur ki, Azərbaycana uçan reys 2 gündür gecikdiyi üçün deport olunan soydaşlarımız çətin durumda qalıb. Belə ki, onlara dünəndən bəri yemək - içmək verilmir. Hətta tualetə belə buraxılmadıqları iddia olunur. Etiraz edənləri isə elektroşoka verirlər.

Bildirilib ki, azərbaycanlılar bu gün gecə saat 23.00-dan sonra nəzərdə tutulan reyslə yola salınacaq.


Şərhlər

Yaz...