Tarix: 02.07.2024 / 13:50
Rusiyadan Azərbaycana qanunsuz dollar gətirmək istədi,   Tatarıstanda tutuldu

Rusiyadan Azərbaycana qanunsuz dollar gətirmək istədi, Tatarıstanda tutuldu

Tatarıstanın Beqişevo Beynəlxalq Hava Limanında Beqişevo-Bakı gecə reysi ilə uçan sərnişinlərə baxış zamanı əslən azərbaycanlı olan Rusiya vətəndaşında bəyan edilməmiş 13 min ABŞ dolları və 1,3 milyon rubl aşkar edilib.

Diaspora.TV xəbər verir ki, bu barədə Tatarıstan Gömrük İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Sərnişin gömrükçülərə qaydalarla tanış olduğunu, lakin reysə çatmağa tələsdiyi üçün pulu bəyan etməyə vaxt tapmadığını deyib.

Tatarıstan Gömrük İdarəsinin “Naberejnıye Çelnı” postunun gömrük rəsmiləşdirilməsi və nəzarəti şöbəsinin rəisi Viktor Filippov bildirib ki, 2022-ci il martın 2-dən 10 min ABŞ dolları ekvivalentində xarici vəsaitlərin bəyan edilmədən ixracına icazə verilir.

Müəyyən edilmiş limitdən artıq vəsait müsadirə edilib, inzibati iş başlanıb. İstintaqın sonunda materiallar cəzanı müəyyən edəcək məhkəməyə göndəriləcək.

Şərhlər

Yaz...