Tarix: 13.09.2024 / 17:15
 Rusiyadan Azərbaycana pul köçürmələri     niyə azalıb?

Rusiyadan Azərbaycana pul köçürmələri niyə azalıb?

2024-cü ilin altı ayı ərzində fiziki şəxslərin Rusiyadan Azərbaycana pul köçürmələrinin həcmi yarıdan çox azalıb.

Diaspora.TV xəbər verir ki, bu barədə “Frank RG” Analitik Şirkəti Azərbaycan Mərkəzi Bankına istinadən məlumat yayıb.

Analitiklərin fikrincə, 2024-cü ilin birinci yarısının nəticələrinə əsasən, Rusiya fiziki şəxslərdən Azərbaycana pul köçürmələri üzrə liderdir.

“Eyni zamanda, transfertərin həcmi yarıdan çox azalaraq 608 milyon dollardan 287,1 milyon dollara düşüb”, - nəşr yazır.

Ekspertlər onu da qeyd edirlər ki, Rusiyadan köçürmələrin payı ölkə bazarının 50%-ni tutur və 2023-cü ilin ortalarında bu rəqəm 68,2% təşkil edib.

İyulda Gürcüstan Milli Bankı məlumat verib ki, ilin birinci yarısında Rusiyadan Gürcüstana pul köçürmələri illik müqayisədə 3,5 dəfə azalaraq 321,8 milyon dollar təşkil edib.

Əvvəllər Rusiyada beş mindən çox valyuta qaçaqmalçılığı faktı müəyyən edilib.

Şərhlər

Yaz...