Tarix: 16.11.2024 / 16:00
Azərbaycanlı Moskvada 2,6 milyonluq     qızıl əşyalarla  saxlanıldı

Azərbaycanlı Moskvada 2,6 milyonluq qızıl əşyalarla saxlanıldı

Şeremetyevo Hava Limanında İstanbul - Moskva reysinin azərbaycanlı sərnişinindən 2,6 milyon rubl dəyərində bəyan edilməmiş qızıl-zinət əşyaları aşkar edilib.

Diaspora.TV xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Məlumatda qeyd olunur ki, 35 yaşlı Azərbaycan vətəndaşı gömrük yoxlaması zamanı metal detektorun "radarı"na düşsə də, sərnişin cibində siqaret və alışqandan başqa heç nə olmadığını bildirib.

Yoxlama zamanı azərbaycanlının çantasından içərisində 93 ədəd qızıl-zinət əşyası olan - üzük, sırğa və kulonlar aşkar edilib. O, bunların qohumları üçün hədiyyə olduğunu bildirib.

Mütəxəssislər məhsulların 585 əyarlı qızıldan hazırlandığını, onların dəyərinin təxminən 2,6 milyon rubl olduğunu müəyyənləşdiriblər.

Hadisə ilə bağlı strateji əhəmiyyətli malların qaçaqmalçılığı ilə bağlı cinayət işi açılıb.

Azərbaycanlını 5 ilə qədər həbs və ya 1 milyon rubla qədər cərimə gözləyir.


Şərhlər

Yaz...