Tarix: 25.09.2024 / 20:00
Rusiyadan 1.5 milyonluq qızıl çıxarmaq istəyən azərbaycanlı    saxlanıldı

Rusiyadan 1.5 milyonluq qızıl çıxarmaq istəyən azərbaycanlı saxlanıldı

Rusiyanın Şeremetyevo Hava Limanında gömrükçülər İstanbula qanunsuz olaraq 1,5 milyon rubl dəyərində qızıl ixracının qarşısını alıblar.

Diaspora.TV xəbər verir ki, bu barədə Federal Gömrük Xidmətinin rəsmi teleqram kanalı məlumat yayıb.

Azərbaycanlı içərisində qiymətli metal olan bağlamanı sakitcə çantasından cibinə keçirməyə cəhd edib. Müfəttişlər onun hərəkətlərini görüblər. Sərnişinin əl yükündən 300 qrama yaxın qızıl parçaları aşkar edilib. Azərbaycanlı onları marketlərdən aldığını bildirib.

Ekspertiza məlumatlarına görə, bu, 999 əyarlı saf qızıldır. Faktla bağlı azərbaycanlıya qarşı strateji əhəmiyyətli malların qaçaqmalçılığına görə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 226.1-ci maddəsi) ilə cinayət işi açılıb.

Maddənin sanksiyasında 1 milyon rubla qədər cərimə və 5 ilə qədər həbs cəzası nəzərdə tutulur.



Şərhlər

Yaz...