Rusiyanın Krasnodar diyarında 2025-ci ildən etibarən tikintidə xarici işçi qüvvəsindən istifadəyə ciddi qadağa tətbiq olunacaq.
Diaspora.TV xəbər verir ki, bu barədə Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev məlumat verib.
O bildirib ki, hazırda mövcud müəssisələr işçilərin ümumi sayının 50 faizindən çox olmayan miqrantları işə götürə bilərlər. Qərar müvəqqəti tədbir kimi qəbul edilib, lakin ləğv ediləcək.
“Tikinti sənayesi çox gəlir gətirir və ucuz xarici işçi qüvvəsinə arxalanmamaq lazımdır. Bu işə rus gənclərini də cəlb etməliyik”,- deyə qubernator qeyd edib.
Rusiya Dövlət Dumasının deputatı Mixail Matveyev isə bildirib ki, Rusiyadan MDB ölkələrinə miqrantların kütləvi şəkildə vəsait çıxarması xarici valyutaya tələbi süni şəkildə artırır və rublu zəiflədir.