Tarix: 01.07.2024 / 12:58
Rusiyadakı erməni diasporunun rəhbəri  Paşinyana “od püskürdü”

Rusiyadakı erməni diasporunun rəhbəri Paşinyana “od püskürdü”

“Ermənistanın təhlükəsizliyinə iki təhdiddən danışan Paşinyan əsas təhlükənin – rəhbərlik etdiyi hökumətin adını çəkməyi unudub. Paşinyan və Armen Qriqoryanın öz hərəkətləri və ritorikası Ermənistan və ermənilərin təhlükəsizliyinə və reputasiyasına vurduğu ziyanı nə Azərbaycan, nə də baş nazirin adını belə çəkmədiyi, yalnız “şimal qonşusu” deyərək eyham vurduğu Rusiya vura bilər”.

Diaspora.TV xəbər verir ki, bu sözlər Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyanın bəyanatından götürülüb.

“Əgər 2018-ci ildə yalan vədlər və manipulyasiya texnologiyaları sayəsində hakimiyyətə gəlməsəydilər, o zaman bu gün Qarabağ erməni torpağı olaraq qalardı, Əliyev isə yumruğunu göstərərək Paşinyanı və erməni xalqını açıq şəkildə alçaltmazdı, “Artsax” rəhbərləri və hərbi əsirlər Bakı həbsxanalarına salınmazdı, Ermənistanın suverenliyinə təhlükə olmazdı. 2018-ci ilə qədər Ermənistan müəyyən daxili siyasi və sosial problemləri olsa da, beynəlxalq münasibətlərin tamhüquqlu subyekti, hamı tərəfindən tanınan və hörmət edilən dövlət idi”, - deyə erməni diasporunun rəhbəri bildirir.

Erməni xəstəliyindən əziyyət çəkən Rusiya ermənilərinin rəhbəri bəyan edib ki, “...qondarma sülh müqaviləsi və onun beynəlxalq səviyyədə tanınmış sərhədlərinin yenidən cızılması ilə bağlı “sıfırdan” danışıqlar Ermənistan üçün təcriddən başqa heç nədən xəbər vermir. Bu gün müttəfiqlərlə münasibətləri nümayişkaranə şəkildə korlayan hakimiyyətin təhlükəsizlik sistemimizə vurduğu zərər, əvəzində gözəl dəstək sözlərindən başqa heç nə təklif edilmədikdə, birdən çox nəsil üçün öhdəsindən gələcək.

O, deyib ki, erməni elitası susmasaydı bütün bunlar baş verməzdi:

“Təəssüf ki, məhz onların razılığı Ermənistan hakimiyyətinə imkan verdi ki, Rusiyanı regiondan sıxışdırıb çıxarmaq kimi ilk növbədə Ermənistanın özü üçün dağıdıcı ssenarini mərhələ-mərhələ həyata keçirsin”.

V.Əli
Diaspora.TV

Şərhlər

Yaz...