Tarix: 27.04.2024 / 15:03
Rusiyadakı əcnəbilərə  bəd xəbər

Rusiyadakı əcnəbilərə bəd xəbər

Rusiya Federasiyasının Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi rabitə xidmətlərinin göstərilməsi üçün müqavilələr bağlayarkən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün bir sıra tələbləri nəzərdə tutan qanun layihəsi hazırlayıb.

Diaspora.TV xəbər verir ki, əcnəbilər sim-kartı yalnız biometriyadan istifadə etməklə əldə edə biləcəklər və artıq bağlanmış müqavilələri yeni qaydalara uyğun olaraq yenidən rəsmiləşdirilməli olacaqlar.

Nazirliyin mətbuat xidməti qeyd edir ki, əcnəbilər müvafiq müqaviləni yalnız Vahid Biometrik Sistemdə qeydiyyatdan keçdikdən sonra bağlaya biləcəklər. Üstəlik, internet vasitəsilə sim-kart almaq qadağan ediləcək və bu, yalnız rəsmi rabitə mağazalarında və ya satış nöqtələrində həyata keçirilə bilər.

Müqavilədə, həmçinin IMEI, yəni sim-kartın quraşdırılacağı mobil cihazın eyniləşdirmə kodu göstəriləcək. Sim-kartın başqa cihaza köçürülməsi halında operatorların rabitə əlaqəsini kəsəcəyi vurğulanır. Belə olan halda, istifadəçi cihazı dəyişdirmək istəsə, mobil operatorun ofisində müqaviləyə dəyişiklik edə biləcək. Həmçinin, əcnəbi 10-dan çox nömrəni qeydiyyatdan keçirə bilməyəcək.

Rusiya operatorları 2025-ci il fevralın 1-dək bütün əcnəbilərə qaydalardakı dəyişiklik barədə məlumat verməlidir, gələn il martın 1-dək qədər sənədlər yenidən təqdim edilməlidir.

Bundan əlavə, yeni qanun layihəsi sayəsində ruslar pasport məlumatları ilə qeydiyyata alınan bütün nömrələr haqqında Dövlət Xidmətləri haqqında məlumatları görə biləcəklər. Onların şəxsi hesablarında istifadə olunmayan nömrələri söndürə bilmək imkanı da olacaq.

Yeni qaydalar qanun layihəsinin imzalandığı gündən qüvvəyə minəcək. Tələblərin pozulmasına görə inzibati məsuliyyət müəyyən ediləcək.

Şərhlər

Yaz...