Tarix: 19.08.2024 / 17:21
Rusiyadakı azərbaycanlılar Kurska yenə yardım    göndəriblər

Rusiyadakı azərbaycanlılar Kurska yenə yardım göndəriblər

Rusiyadakı azərbaycanlılar Kursk sakinlərinə növbəti yardım paketi göndəriblər.

Diaspora.TV xəbər verir ki, bu barədə yerli icmanın rəhbəri Qasım Kərimovun “VKontakte” sosial şəbəkəsindəki postunda yazıb.

O, qeyd edib ki, Rusiya azərbaycanlıları da kənarda qalmayıb və ilk günlərdən kursklulara yardım etməyə başlayıblar.

“Bu bədbəxtlik ölkəmizin müxtəlif millətlərdən və dinlərdən olan qayğıkeş vətəndaşlarını birləşdirdi. Humanitar karvanda 56 adda müxtəlif mallar - yataq dəstləri, qida məhsulları, gigiyena vasitələri, məişət kimyası və s. var idi. Hazırda biz Kursk sakinlərinə kömək etmək üçün növbəti aksiyaya hazırlaşırıq”, - deyə Q.Kərimov bildirib.


Şərhlər

Yaz...